Azərbaycan ədəbiyyatı bütün dünyada özünün görkəmli şəxsiyyətləri ilə tanınır. Abdulla Şaiq Azərbaycan ədəbiyyatı tarixində zəngin irs qoyub getmiş nümayəndələrdən biridir. O, Şərq və Qərb ölkələrində yaxşı tanınan çoxşaxəli yaradıcılığa malikdir. Qüdrətli ədib həm pedaqoq, şair, nasir, dramaturq kimi, həm də ədəbiyyatşünas – alim kimi məşhurdur. O, Azərbaycanda uşaq ədəbiyyatının yaradıcılarından biri, uşaq dramaturgiyasının banisidir. Ədibin çoxsaylı bədii, elmi əsərləri, ali və orta məktəb dərslikləri hər bir yaş dövründə insanların mənəvi dünyasının zənginləşməsinə, əxlaqının formalaşmasına, milli özünüdərkin inkişafına xidmət edir.
Şaiqə
Ey azəri şairi, sən çox çalışdın,
Kəndi şeirin ilə haqqa alışdın,
Cəhd o dilə daim hərbə qalxışdın,
Yazıq Şaiqləri olmayanlara!
İnlətdin rübabın xəstə telini,
Oyatdın uyqudan sən türk elini,
Döndərdin bahara xəzan yelini,
Yazıq Şaiqləri olmayanlara!
Vətən bağçasının oldun bağbanı;
Həzin şeirin oldu xəstə dərmanı,
Xoş günə çıxardın Azərbaycanı,
Yazıq Şaiqləri olmayanlara!
Məmməd Süad
1923

